Home » Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Alim Qasımov şəraitlərindən şikayətçi oldu: Soyuqdan donuruq…

Alim Qasımov şəraitlərindən şikayətçi oldu: Soyuqdan donuruq…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Alim_Qasimov_Ve_Qizi_Ferqane_Qasimova

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Xalq artisti Alim Qasımov yaşadığı rayonda işıqların yanmamasından və soyuqdan donduqlarından şikayətlənib. “Soyuqdan donuruq. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacağıq”…
Abşeron rayonu aşağı Güzdək qəsəbəsində atası, oğlu nəvəsi ailəsi ilə birlikdə yaşayan sənətçi soyuqlar düşməzdən öncə də işıqların yarım saatdan bir söndüyünü bildirib. Bu hadisə ilə əlaqəli Alim Qasımov əlaqədar təşkilatlara müraciət olunduğunu vurğulayıb: “Problemin həll olunması üçün hər yerə müraciət etmişik, deyirlər hər kəs ayağa qalxmalıdır. Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə Bakı Elektrik Şəbəkə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur”- deyə sənətçi bildirib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*