9 və 11-ci sinif şagirdlərinə şad xəbər
|
Azərbaycanda attestatların verilməsində dəyişiklik ediləcək. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, dövlət başçısı tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Təhsil Nazirliyinin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Qərara əsasən, illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarında iştirak edəcək. Onlar həmçinin, buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olur. 11-ci sinif məzunları isə bütün fənlər üzrə müsbət illik qiymət almaq şərti ilə buraxılış imtahanlarına buraxılır. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
Bu kontentin portalımızda yayınladığı tarix : 25/05/2013Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒