Home » İdman, Ümumi » 2014-cü ilin Dünya çempionatına qatılacaq komandalar bəlli oldu

2014-cü ilin Dünya çempionatına qatılacaq komandalar bəlli oldu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_FIFA_logo

2014-cü ilə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçısı olacaq 32 komandanın hamısının adı məlum olub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Avropadan dünya birinciliyinə Rusiya, Belçika, Xorvatiya, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Portuqaliya, Bosniya və Hersoqovina, Yunanıstan, İngiltərə, İspaniya və Fransa yığmaları yollanacaq.
Ev sahibi Braziliyadan savayı Cənubi Amerikadan Argentina, Kolumbiya, Çili, Ekvador və Uruqvay kollektivləri Dünya çempionatı-2014-də mübarizə aparacaqlar.
Afrikanı Dünya Birinciliyində Nigeriya, Kot-d’İvuar, Kamerun, Əlcəzair, Şimali Amerikadan isə Honduras və Meksika təmsil edəcək.
Asiya qitəsi mundiala Yaponiya, İran, Cənubi Koreya və 2006-cı ildən Asiya zonasında oynayan Avstraliyanı yollayır.
Dünya çempionartının püşkatması dekabrın 9-da keçiriləcək. Mundial 2014-cü il iyunun 12-dən iyulun 13-dək keçiriləcək. Final qarşılaşma 73 min 531 azarkeş tutumuna malik “Marakana” arenasında oynanacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*