Home » Sosial, Təhsil sektoru, Ümumi » 2013/2014-cü tədris ili üçün magistraturalara qəbul planı təsdiq edildi

2013/2014-cü tədris ili üçün magistraturalara qəbul planı təsdiq edildi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib. Qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616 – dır.
Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12.84% artıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu yaxın günlərdə “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc olunacaqdır.
Jurnalda aşağıdakı materiallar əksini tapacaq:
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan.
“Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat.
Qəbul proqramının seçimi üçün “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi.
“Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşma seçilməsi və təsdiqi üçün təlimat.
İxtisaslaşma seçimi üçün “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi.
Qəbul aparılan ixtisaslaşmalar.
Magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu
Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 3 mart 2013-cü il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.
Bunun üçün bakalavrlar 2013-cü il iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar “Magistr” jurnalının 2013-cü il 3-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2013-cü il iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*