2011-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısının adı məlum oldu
|
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,2011-ci ilin ədəbiyyat sahəsində Nobel mükafatına İsveç şairi Tomas Transtroemer layiq görülüb. İsveç Kral Akademiyası Nobel mükafatına məhz Tomas Transtroemerin layiq görülməsini onun “reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar” yaratması ilə əsaslandırıb.
80 yaşlı İsveç şairi nüfüzlu mükafatın sayca 108-ci laureatı olub. Ötən il ədəbiyyat üzrə Nobel mükafatına Peru təmsilçisi
Mario Vargas Llosa layiq görülmüşdü.
Nobel Fondu tərəfindən təqdim edilən mükafatın məbləği 10 mln kron ( təxminən 1mln dollar) təşkil edir.
Peşakar psixoloq olan Tomas Transtroemer 1990-cı ildə insult keçirdikdən sonra bu hadisə onun nitq qabiliyyətinə təsir edib
Tomas Transtroemerin əsərlərinin əksəriyyəti ingilis və şotland dilinə tərcümə edilib. Onun şerləri “əfsanəvi, çoxmənalı və kədərli” kimi səciyyələndirilirvə 50-dən çox dillərə tərcümə edilib.
Tomas Transtroemer ədəbiyyat sahəsində Nobel mükafatına son 10 il ərzində layiq görülən sayca 8-ci Avropa təmsilçisidir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒