Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Ən yaxşı işəgötürənlər məlum oldu

Ən yaxşı işəgötürənlər məlum oldu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Google_logosu

Ali məktəb məzunları üçün dünyanın ən yaxşı işəgötürəni “Google” şirkəti hesab edilir. Bu barədə “Universum” şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, “Google” həm iş, həm də mühəndis kateqoriyasında qalib seçilib. Bizneslə bağlı ixtisaslar üzrə təhsil alan məzunları cəlb edən üçlüyə “EY” auditoru (keçmiş Ernst & Young) və “Goldman Sachs” investisiya bank daxildir. Mühəndis ixtisası üzrə ali məktəbi başa vuran məzunlar arasında ikinci və üçüncü yeri müvafiq olaraq “Microsoft” və “IBM” korporasiyaları tutur.
ITExpert.org.ua resursu bildirir ki, “Universum”un tədqiqatı ABŞ, Çin, Yaponiya, Almaniya, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Hindistan, Kanada və Avstraliya daxil olmaqla dünyanın iqtisadi baxımdan12 nəhəng ölkəsinin tələbələri arasında aparılan sorğu əsasında keçirilib. Şirkət 200 minə yaxın tələbənin rəyini öyrənib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Tags: ,

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*