Ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazara verildi
|
AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, 2012-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazıçı Mo Yana verilib. Mükafat yazıçıya öz əsərlərində realizmlə xalq nağıllarını, tarixiliyi və müasirliyi əlaqələndirdiyinə görə verilib.
Mo Yan Çinin ən məşhur yazıçılarından biri hesab olunur. İnternet mənbələrində yazıldığına görə yazıçı tez-tez senzuraya məruz qalıb. O, əsərlərini daha çox pirat üsullarla oxuculara çatdırır. 1987-ci ildə çəkilmiş “Qırmızı darı tarlaları” (Red Sorghum) filmi onun iki romanının motivləri əsasında lentə alınıb.
Qeyd edək ki, ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən verilir. Mükafat ilk dəfə fransız şairi Sülli-Prüdoma verilib. Bu günə kimi 12 qadın Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb. Bu mükafat 4 dəfə (1904, 1917, 1966, 1974) eyni vaxtda iki yazıçıya verilib. İndiyə kimi mükafat 108 yazıçıya təqdim olunub.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒