Home
» Biznes sfera və iqtisadiyyat, Ümumi » Vüqar Bayramov: Müəlliflik hüquqları ilə bağlı qanun təkmilləşdirilməlidir
Vüqar Bayramov: Müəlliflik hüquqları ilə bağlı qanun təkmilləşdirilməlidir
|
“Azərbaycan Avropada müəllif hüquqlarının ən çox pozulduğu ölkələrdən biridir.” AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Norveç Beynəlxalq Əlaqələr İnstitutunun (NUPI) dəstəyi ilə bu sahəni tədqiq edən iqtisadçı-alim Vüqar Bayramov belə hesab edir.
Ekspertin sözlərinə görə, müəllif mülkiyyət hüquqlarının qorunması ilə bağlı standartların Avropa Birliyi standartlarına uyğunlaşdırılmasında yubanmalar ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü də əngəlləyir.
“Diqqəti çəkən isə müəlliflik hüquqlarını pozanların sahibkarların məhz özlərinin olmasıdır. Belə ki, onlar həmkarlarının müəlliflik hüquqlarına hörmətlə yanaşmırlar”, deyə V. Bayramov vurğulayıb.
Ekspert bildirir ki, müəlliflik hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə və yeni qanunvericilik aktlarının qəbul edilməsinə ehtiyac var. Belə ki, ÜTT-ə üzv olmağın əsas tələblərindən biri məhz müəllif hüquqlarının qorunması ilə bağlı yeni standartların tətbiq edilməsidir: “Mövcud qanunvericiliyin icrasında qüsurlar var. Problemlər yalnız xarici deyil, eləcə də yerli müəlliflik hüquqlarının qorunması ilə bağlıdır”.
V.Bayramov deyir ki, müəlliflik hüquqlarının qorunması ilə bağlı qanunvericilk aktlarının Berne və Paris Konvensiyalarına uyğunlaşdırılması ilə yanaşı Avropa Birliyi standartları da nəzərə alınmalıdır.
“Tədqiqatlar göstərir ki, mülkiyyət hüquqlarının qorunmaması səbəbindən sahibklara hər il milyonlarla ziyan dəyir. Əslində bu da gizli iqtisadiyyatın bir formasıdır. Bu baxımdan müəlliflik hüququnu pozanlara qarşı mübarizənin genişləndirilməsinə ehtiyac var”, deyə Vüqar Bayramov əlavə edib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒