Home » Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Universitetlərə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri burda

Universitetlərə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri burda

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri məlum olub.

İmtahan nəticələri və cavab kartının qrafik təsviri ilə bu linkdə tanış ola bilərsiniz. >>> http://www.tqdk.gov.az/netbak/

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənmək mümkündür.
Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışlar.
AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 4 nəfər abituriyent maksimal nəticə – 700 bal toplayıb.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər).
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər).

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək “Abituriyentin elektron ərizəsi”ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*