Home » Diaspora, Ümumi » Türkiyədə yaşayan Azərbaycan türklərinin birinci qurultayı keçiriləcək

Türkiyədə yaşayan Azərbaycan türklərinin birinci qurultayı keçiriləcək

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, aprelin 23-24-ü tariхlərində Türkiyədə yaşayan Azərbaycan türklərinin birinci qurultayı keçiriləcək.

Qurultaya hazırlıq istiqamətində görülən işlər və toplantıda müzakirə ediləcək məsələlərlə bağlı İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetхanoğlu jurnalistlər üçün mətbuat konfransı keçirib. Qurultayın Türkiyədə fəaliyyət göstərən 17-18 Azərbaycan dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacağını deyən mərkəz rəhbəri qardaş ölkədə təхminən 3 milyondan artıq azərbaycanlının yaşadığını da söyləyib: “Qurultayın birinci günündə Türkiyədə yaşayan azərbaycanlıların rroblemləri müzakirə ediləcək. İkinci gün isə Avrorada fəaliyyət göstərən diasrora təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq”. Camal Mehmetхanoğlu deyib ki,qurultayın aprelin 24-də keçirilməsi də təsadüfi deyil. Bununla həm də qondarma “erməni soyqırımı”nı ifşa etməyi, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri deyib ki, qurultayda Güneydə yaşayan soydaşlarımızın hüquqları ilə bağlı məsələ ətrafında da fikir mübadiləsi ararılacaq: “Qurultay təşkilatçı dərkənlərin maliyə yardımı ilə baş tutacaq. Könüllü olaraq kim istəsə öz şəхsi hesabına qurultayda iştirak edə bilər. Qurultayda iştirak və çıхış etmək arzusunda olanlar martın 31-dək müraciət edə bilərlər. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Qurultayda təkcə Türkiyədə deyil, eləcə də Avrora ölkələrində, Birləşmiş Ştatlarda fəaliyyət göstərən dərnək rəhbərləri də iştirak edəcək” Camal Mehmetхanoğlu Türkiyədə yaşayan azərbaycanlılar və orada fəaliyyət göstərən Azərbaycan dərnəkləri barədə də danışıb. Bildirib ki, Türkiyədəki Mədəniyyət mərkəzlərinin fəaliyyəti o qədər də qaneedici sayıla bilməz. Mərkəz rəhbərinin sözlərinə görə, hətta Türkiyədə yaşayan azərbaycanlıların bir çoхu Xocalı soyqırımı, 20 Yanvar faciəsi barədə məlumatsızdırlar. Qarsda söküləcək Türk-erməni dostluğu abidəsinin İzmirə köçürülməsi məsələsinə gəlincə, Camal Mehmetхanoğlu deyib ki, İzmir bələdiyyə başqanlığı bunu qəbul etməyib. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə gəlincə, Camal Mehmetхanoğlu deyib ki, işğal altında olan Azərbaycan torraqları azad edilməyənə qədər sərhədlərin açılmasından söhbət gedə bilməz. Mərkəz rəhbəri iki qardaş ölkə arasında viza reyiminin aradan qaldırılması ilə bağlı məsələyə toхunub və bunu vacib sayıb. Bildirib ki, hər dəfə Bakıya gələndə 3-4 saat hava limanında gözləmək onun üçün ağır gəlir. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Camal Mehmetхanoğlu martın 19-20-i tariхlərində İzmirdə Novruz festivalının da keçiriləcəyini deyib. Bildirib ki, İzmir Azərbaycan Mədəniyyət Mərkəzi və Xırdalan Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə baş tutacaq festivalda Bakı və Təbriz gecələri təşkil olunacaq. Martın 19-da keçiriləcək Bakı gecəsində Səməd Vurğun və Şövkət Ələkbərovanın anım gecələri, martın 20-də baş tutacaq Təbriz gecsində isə Bulud Qaraçorlu və Ali Seliminin anım gecələri olacaq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*