2 iyul 2015-ci il tarixində keçirilən kolleclərə qəbul imtahanının nəticələri haqqında
|
|

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 2-də 2015/2016-cı tədris ili üçün ümumi (9 illik) və və tam (11 illik) orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
İmtahan nəticələri və cavab kartının qrafik təsviri ilə bu linkdə tanış ola bilərsiniz. >>> https://eservices.tqdk.gov.az/netq5oi/?frm=egov
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) aldığı məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı “Abituriyent” jurnalında təqdim olunub.
Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı “Abituriyent” jurnalında təqdim olunacaq.
Bu kontentin portalımızda yayınladığı tarix : 06/07/2015Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
salam mende riyaziyyatdan 7duz qalir eger kolleclere bow yerler qalsa senedlewdirme apara bilerem?
men.bos.qalan.plan.yerlere.yeniden.ixtisas.secimi.elemek.istiyirem.bubun.ucucn.ne.etmeliyem.9illik.bazadan
Salam men 10 cu sinifde oxuyuram. 10 bitirib kollece imtahan vere bilerem?