Home » Sosial, Təhsil sektoru, Ümumi » TQDK-dan 2011-ci il məzunu olan abituriyentlərə xəbərdarlıq

TQDK-dan 2011-ci il məzunu olan abituriyentlərə xəbərdarlıq

AgahMedia.Com portalının Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasından aldığı məlumata görə, Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası TQDK-ya təqdim olunmuşdur. Bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Buna görə də qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş orta ümumtəhsil müəssisələrinin builki məzunlarından buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alanların böyük əksəriyyətinin Sənəd Qəbulu Komissiyasında attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Həmin abituriyentlərin sayı 54400 nəfərdir.
Lakin mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiq etdirməli olacaqlar. Belə abituriyentlərin sayı təqribən 6300 nəfərdir. Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək. Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasına təqdim edib attestat məlumatlarını təsdiq etdirdirdikdən sonra “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*