Azərbaycanda mobil nömrə satışı ilə bağlı qaydalar sərtləşdirildi
|
Nazirlər Kabineti mobil nömrələrin satışına nəzarəti gücləndirib. AgahMedia.Com informasiya portalının ANS TV-yə istinadən məlumatına görə, artıq istənilən adamın adına olan mobil nömrəni istifadə etmək mümkün olmayacaq. Bu qərar əslində vətəndaşların özlərinə faydalıdır.
3 ay ərzində qüvvəyə minəcək yeni qaydalara görə, abunəçi öz adına olan sim kartı başqa şəxsə istifadə etmək üçün verə bilməz. Bu qəti qadağandır. Həmçinin vətəndaş öz sim kartını və telefon aparatını itiribsə, mütləq polisə xəbər verməlidir. Telefon və ya nömrəni alarkən vətəndaşın imzaladığı müqavilədə bu mütləq qeyd olunmalıdır. Bundan sonra heç kəs müqaviləsiz nömrə və ya telefon ala bilməyəcək. Hətta bu müqaviləyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunması məcburidir.
Rəsmi distrubyutor olan dükanlar bu qaydalara indidən əməl etdiklərini deyirlər. Kiçik satış mərkəzlərində isə əksər hallarda nömrələr başqa adlara rəsmiləşdirilir.
Satış meneceri Natiq Novruzovun sözlərinə görə, bu qaydaların sərtləşdirilməsi ilk növbədə vətəndaşların mənafeyi və onların təhlükəsizliyi üçündür: “Çünki vətəndaş öz telefon nömrəsini başqasına verərsə, sonradan nömrəni işlədən şəxsin hansısa cinayət əməlinə görə, sim kartın əsl sahibi də istintaqa cəlb olunur”.
Buna görə, nömrə və telefon itirilərsə dərhal polisə məlumat vermək tələbi, yenə abunəçinin öz xeyrinədir. Digər tərəfdən, bu qaydalar bahalı nömrə alverçilərinin “fəaliyyətini” məhdudlaşdıracaq. Çünki bəzi işbazlar yaxşı səslənən nömrələri alaraq sonradan hətta fantastik qiymətə başqalarına satır. İndi bu, ticarət mümkün olmayacaq.
Bu kontentin portalımızda yayınladığı tarix : 08/06/2015Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒