Avropanın ən çox qazanan internet mağazalarının reytinqi açıqlandı
|
AgahMedia.Com informasiya portalının Mincom.gov.az resursuna istinadən məlumatına görə, elektron ticarətə həsr edilən “Internet Retailer” bloqu Avropanın aparıcı internet mağazalarının illik reytinqini dərc edib. İlk onluğa “Amazon”, “Otto Group”, “Tesco Stores”, “Staples”, “Apple”, “Home Retail Group”, “Cnova”, “Zalando”, “Asda” və “Direct” mağazası daxildir. 2014-cü ildə Top-500-ə daxil olan bütün internet mağazalarının ümumi satışı əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 124 milyard avro təşkil edib. Avropanın Top-500-nə daxil olan internet mağazaları Avropada bütün elektron ticarətin 29 faizini generasiya edir.
Reytinqə görə, “Amazon” 21 milyard avroluq internet satışı ilə mütləq lider olmaqla ikinci pillədə qərarlaşan və 2014-cü ildə satış həcmi 6,5 milyard avro təşkil edən “Otto Group” şirkətini geridə qoyub. “Amazon” həmçinin satış həcmini 20 faiz artırdığına görə siyahının ilk onluğunda ən sürətlə inkişaf edən şirkətdir. Müqayisə üçün qeyd edək ki, “Отто” və “Tesco”nun satışı müvafiq olaraq 8,3 və 11,1 faiz yüksəlib.
Lakin “Amazon” Avropanın elektron ticarət bazarının Top-500-də ən sürətlə inkişaf edən şirkət deyil. Burada birincilik Türkiyənin onlayn geyim və aksessuar satışı ilə məşğul olan “Morhipo” pərakəndə satış şirkətinə məxsusdur. Şirkətin satışı ötən il 116,7 faiz – 65 milyon avroyadək artıb. “Payspacemagazine” resursu xəbər verir ki, ən sürətlə inkişaf edən şirkətlər arasında “Wikimart” (Rusiya), “Elgiganten” (Danimarka), “Claire’s (Böyük Britaniya) və “Hepsiburada.com” (Türkiyə) yer alıb.
Bu kontentin portalımızda yayınladığı tarix : 23/06/2015Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒