Sosial ipoteka üçün nəzərdə tutulan məbləğ artırıla bilər
|
Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekanın şərtləri qənaətbəxş olsa da, bunun üçün nəzərdə tutulmuş məbləğ çox azdır. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov etiraf edib ki, həmin ipoteka növü üçün nəzərdə tutulan 35 min manat məbləği mövcud bazar qiymətlərinə uyğun gəlmir.
“O ipoteka 4 faizdir və 35 min manat nəzərdə tutulub. 15 il müddətinə bu vəsait qaytarılmalıdır. Bu çox sərfəli bir şərtdir. Ancaq biz görürük ki, o 35 min manat həqiqətən də böyük bir rəqəm deyil. Bu vəsaitlə mənzil əldə eləmək çox çətindir.Biz çox istəyərdik ki, bu rəqəm artırılsın və mənzil bazarına uyğunlaşdırılsın. Ən azı bu rəqəm 2-3 otaqlı mənzilin qiyməti ilə uyğun olmalıdır. İnanıram ki, bu təklifə ciddi diqqət yetiriləcək. Hazırda bu təklifin üzərində iş gedir”, – deyə nazir bildirib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒