Home » Beynəlxalq, Siyasət, Sosial, Ümumi » Rəsmi Moskvadan siqaretə qadağa

Rəsmi Moskvadan siqaretə qadağa

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_KREML

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Rusiyada ictimai yerlərdə siqaret çəkməyi yasaqlayan yeni qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.Yeni qanuna görə, restoranlarda, qatarlarda və yaşayış binalarınin bloklarında siqaret çəkmək yasaqlanır.
Rusiya höküməti bu yolla əhalinin sağlamlığında müsbət dəyişikliyə nail olmaq əzmindədir. Ölkələrin siqaretçəkmə reytinqinə görə Rusiya dünyada birincilər sırasındadır. Rusiyada hər on nəfərdən dördü siqaret çəkəndir.
Qanun layihəsi Rusiya Dumasında fevral ayında oxunuşdan keçirilib.
“Vətəndaşların sağlamlığının passiv siqaret çəkmədən qorunması” qanunu iyunun 1-dən mərhələli qaydada qüvvəyə minməyə başlayacaq.
Həmin gün siqaretin çəkilməsi 15 milyonadək obyektdə yasaqlanacaq.
Söhbət dəmiryol və metro stansiyaları, vağzallar, hava və dəniz limanları, iş yerləri, yaşayış mənzillərinin girəcəyi, uşaq oyuncaq meydançaları və çimərliklərdən gedir.
Bundan düz 1 il sonra isə siqaretin çəkilməsi uzaq yola çıxan qatar və gəmilərdə, otel, restoran, bar, kafe, dükan və marketlərdə, şəhərlərarası qatar platformalarında da yasaqlanacaq.
Qanuna uyğun olaraq, satışda siqaretə minimal qiymət tətbiq olunacaq, siqaretin satışı və reklamı məhdudlaşdırılacaq.
Yeni qanunvericilik Dünya Səhiyyə Təşkilatının 2011-ci ildə dərc etdiyi hesabatında Rusiyaya dair irəli sürdüyü tövsiyyələrinə uyğun gəlir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*