Qoran Lenmarker erməni diasporunu ittiham etdi
|
Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə deyil, məhz indi həll edilməsi vacibdir. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, ATƏT Parlament Assambleyasının sabiq sədri və qurumun Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Qoran Lenmarker bu fikirdədir. “Ortada işğal faktı var. Bu aradan qaldırıldıqdan sonra Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz yaradılmalıdır. Sonra Dağlıq Qarabağ və ətraf rayonlardan olan bütün məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Ən sonda isə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır. Dağlıq Qarabağın statusu məsələsi gələcəkdə müəyyənləşdirilməlidir”-deyə Q.Lenmarker bildirib.
Qoran Lenmarker həmçinin qeyd edib ki, Ermənistan prezidenti 2008-ci ildə Türkiyə-Ermənistan sərhədləri ilə bağlı müzakirələr aparılan zaman problemi həll etməyə hazır idi. Amma erməni diasporu bu prosesin irəli getməsinə mane oldu.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒