Kıvanc Tatlıtuğ UNICEF-in xoşməramlı səfiri oldu
|
|
Türkiyənin məşhur aktyoru Kıvanc Tatlıtuğ UNICEF-in xoşməramlı səfiri olub. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, aktyor hələlik bu istiqamətdə xüsusi bir plan hazırlamadığını, lakin xəyalında çox arzuların olduğunu deyib. Tatlıtuğ daha çox uşaqların xoşbəxt gələcəyi üçün işlər görmək istədiyini bildirib.
Aktyor bunun sevincini dilə gətirməkdə çətinlik çəkərək bildirib ki, uzun zamandır ki, UNİCEF-in uşaqlar üçün gördüyü işləri izləyirdim: “Mənə bu də bu fürsəti verdikləri üçün çox xoşbəxtəm. Məni bu vəzifəyə gətirməkdə əziyyəti keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Türkiyənin bir məşhurlarının yer aldığı bu siyahıya adımın əlavə olunması ilə nə qədər qürur duysam azdır”. Tatlıtuğ adını daşıyan “Kıvanç Edition” marka saatlar barəsində də danışıb. Aktyor hədiyyəni hazırlayan şirkət tərəfindən 50 saat alıb: “Aldıqlarımı yaxınlarıma və ailə üzvlərimə hədiyyə etdim. Mən saatları sevirəm. Saat kişilərin ən çox daşıdığı aksessuardır”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
