Home » Sosial, Təhsil sektoru, Ümumi » Kənd məktəblərində müəllim olmaq istəyənlərin nəzərinə

Kənd məktəblərində müəllim olmaq istəyənlərin nəzərinə

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq edilən vakant müəllim yerlərinin sayını müəyyənləşdirib. Təhsil Nazirliyindənverilən məlumata görə, bu il 800 nəfərin kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlər üzrə işə qəbulu nəzərdə tutulur.
Bu il həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 411 nəfər rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərinə, 389 nəfər isə 20 km-dən çox məsafədə yerləşən məktəblərə işə qəbul oluna bilərlər.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlər üzrə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislər işə qəbul olunmalıdırlar.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, belə yerlərdə işləmək istəyənlərə bır sıra güzəştlər verilir.
Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc müstəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım verilir. Onlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 manat məbləğində kompensasiya verilir, yaşayış sahələrinə ehtiyacları ödənilir, torpaq sahələri ayrılır, ipoteka kreditləri verilir.
Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur.
Müəllimlərin işə qəbulu üçün keçirilən imtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.
Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*