Home » Sosial, Təhsil sektoru, Ümumi » Jurnalistlər üçün “Təhsil və cəmiyyət” mövzusunda müsabiqə elanı

Jurnalistlər üçün “Təhsil və cəmiyyət” mövzusunda müsabiqə elanı

“İnternyus-Azərbaycan” təşkilatının “Təhsil və cəmiyyət” mövzusunda elan etdiyi jurnalist müsabiqəsinə materialların qəbulu davam edir. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, müsabiqə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (The Black Sea Trust Fund for Regional Cooperation) dəstəyi ilə reallaşdırılır.Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları – yazılar, video və radio materialları qəbul olunur.

Bir yazının həcmi 10 min işarədən artıq olmamalıdır. Bir video materialın həcmi 10-13 dəqiqə arasında, radio materialın həcmi isə 15 dəqiqəyədək olmalıdır.

Araşdırma yazıları 2014-cü ilin iyun ayının 12-dək bu e-mailə göndərilməlidir: musabiqe@internews.az.

Video və radio materiallar isə diskdə müsabiqənin koordinatoruna təqdim olunmalıdır.

Münsiflər heyətinin yekun qərarı iyun ayının sonlarında, xüsusi yığıncaqda açıqlanacaq.

1-ci yeri tutan araşdırmanın müəllifinə 800 manat, 2-ci yeri tutan araşdırmanın müəllifinə 600 manat, 3-cü yeri tutan araşdırmanın müəllifinə 400 manat məbləğində pul mükafatı veriləcək (vergilər bu məbləğə daxildir).

Bundan əlavə, fəal iştiraka görə həvəsləndirici mükafatlar nəzərdə tutulub: əsas qaliblər sırasına düşməyən jurnalistlər “İnternyus-Azərbaycan” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, digər mötəbər təşkilatlar tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif ediləcəklər.

Müsabiqədə uğur qazanan işlər müxtəlif media orqanlarında təqdim olunacaq.

Qiymətləndirmə meyarları:

1. Təhsildə yeni (yaxud diqqətdən kənarda qalan) ideya və istiqamətlərə aid məsələlərin işıqlandırılması – Balların sayı: 1-10.

2. Real faktlara əsaslanma, rəqəmlərin və digər göstəricilərin mənbəyinin səhihliyi – Balların sayı: 1-10.

3. Materialın maraqlı və aydın üsluba malik olması – Balların sayı: 1-10.

4. Araşdırmada qaldırılan məsələnin (problemin) həllinə dair konstruktiv fikirlərin ortaya çıxarılması – Balların sayı: 1-15.

5. Yazılarda mövzuya uyğun 2-3 fotoşəkilin verilməsi; video materiallarda çəkilişin keyfiyyəti; radio materiallarda səs yazısının keyfiyyəti – Balların sayı: 1-7.

Əlaqə telefonları: Müsabiqənin koordinatoru (050) 200-03-49; (012) 434-71-05 (daxili nömrə 11).

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*