Home
» Sosial, Təhsil sektoru, Ümumi » Jurnalistikaya tələbə qəbulu qabiliyyət imtahanı əsasında aparılacaq
Jurnalistikaya tələbə qəbulu qabiliyyət imtahanı əsasında aparılacaq
|
AgahMedia.Com portalının “Azadinform” informasiya agentliyinə istinadən məlumatına görə, bu il ali məktəblərin jurnalistika fakültəsində təhsil alanların ixtisasının artırılması üçün bir sıra dövlətlərin universitetlərinə tələbələr göndəriləcək.
Bu barədə məlumatı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Bununla bağlı danışıqların aparıldığını vurğulayan Ə.Amaşov tələbələrin Avropa ölkələri, o cümlədən Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Universiteti və digər ali təhsil ocaqlarına göndərilməsinin nəzərdə tutulduğunu bildirib. O, növbəti ildən isə ali təhsil ocaqlarının jurnalistika fakültəsinə tələbə qəbulunun qabiliyyət imtahanı əsasında aparılacağını söyləyib və bu təklifin reallaşması üçün müvafiq işlərin aparıldığını qeyd edib.
Bu kontentin portalımızda yayınladığı tarix : 03/09/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒