İsveçdə Güney Azərbaycan fəallarına dəstək nümayiş etdirildi
|
|
AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycan Federasiyası İsveç (AFİ) təşkilatı Stockholm şəhərinin mərkəzi meydanı “Sergel Torg” –da Güney Azərbaycanda həbs edilən milli fəallara dəstək məqsədilə, İran rejimini qınayan, etiraz xarakterli imza toplama kampaniyası keçirib. Təşkilatın məlumatında deyilir: “Son günlərdə İranın irqçi rejimi Türklərə qarşı apardığı çirkin siyasətlərinin davamında Güney Azərbaycanda milli çalışqanlarımızı ağır basqılara məruz qoymuşdur. Həbslər, təhdidlər, qamçılamalar və insanlıq dışı işgəncələr bunlara açıq sübutdur. Səid Mətinpurlar, Səid Nəimilər, Səid Muğalılar və Əliriza Fərşi və həyat yoldaşı Sima Didar bunlardan sadəcə bəziləridir. Biz Azərbaycan Federasiyası İsveç-AFİ olaraq İran rejiminin bu sistematik və qeyri insani siyasətlərini qınayır və bu əməlləri dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik.”
AgahMedia.Com portalının adıçəkilən təşkilata istinadən məlumatına görə, iyulun 2-də keçirilən aksiyada İsveç vətəndaşları ilə yanaşı,başqa ölkələrdən İsveçə turist olaraq gələn yüzlərlə insan mövzu ilə ilgili bilgiləndirib və milli fəallara dəstək imzaları toplanılıb. Toplanmış imzaların olduğu sənədlər BMT-in baş katibi Ban Ki Muna, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları şurasının İran üzrə özəl nümayəndəsi Əhməd Şərifə və Amnesty İnternational Təşkilatına göndəriləcək.
Məlumatda həmçinin, AFİ-nin bu cür aksiyaları davamlı olaraq təşkil edəcəyi bildirilir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

BIZ TÜRKMEN İNSAN HAKLARI ÖRGÜTÜ OLARAK HER ZAMAN SİZLERE DESTEK VERMEĞE HAZIRIĞ.
SAYĞILARIMLA
MUHAMMED HURŞİD SAMANCI
İSVEÇ MALMÖ İLÇE MECLİS ÜYESİ
İginiz için teşekkürler,Muhammed Bey!