Home » Diaspora, Şou biznes və Mədəniyyət, Ümumi » İsveçdə 28 may – Respublika günü münasibətilə sərgi təşkil olundu

İsveçdə 28 may – Respublika günü münasibətilə sərgi təşkil olundu

26 may 2011-ci il tarixində İsveçin Malmö şəhərində Azərbaycan diasporunun təşkilatçılığı ilə 28 may – Respublika günü münasibətilə sərgi təşkil olunub. AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, “Xəzər” Malmö Cəmiyyətinin təşkil etdiyi sərgidə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, eləcə də kulinariyasına aid kitablar və digər sənət əsərləri nümayiş etdirilmişdir. “Xəzər” Malmö Cəmiyyətinin sədri Leyla Kiani sərgiyə gələnlərə Azərbaycan Demokratik Respublikasının yaranması, onun fəaliyyəti barədə məlumat vermişdir. Müsəlman dünyasında demokratik ənənələrin əsasının ilk dəfə olaraq məhz Azərbaycanda qoyulduğunu qeyd edən Leyla Kiani daha sonra müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə danışmışdır. Tədbir zamanı Azərbaycanın “Eurovision 2011” mahnı yarışmasında qələbə qazanması da qeyd olunmuş, Azərbaycana bu müsabiqədə qələbə qazandıran Eldar və Nigarın klipi nümayiş etdirilmişdir.
Tədbirdə Malmö şəhərinin Husie bələdiyyəsinin nümayəndələri Snejana Mitroviç və Anders Nilsson çıxış edərək Azərbaycanı Respublika günü münasibətilə təbrik etmiş və “Eurovision 2011”-dəki qələbənin Azərbaycan üçü byük uğur olduğunu vurğulamışlar. Onu da qeyd edək ki, musiqisi İsveç bəstəkarları Stefan Urn və Sandra Burman tərəfindən yazılan mahnının “Eurovision 2011” müsabiqəsində Azərbaycanı qalib etməsi isveçlilərə də böyük qürur hissi yaşadıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*