İqtisadiyyat üzrə Nobel mükafatı laureatları məlum oldu
|
2011-ci il iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı akademiklər layiq görülüblər. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, İsveç Kral Elmlər Akademiyası alimlərin “makriqtisadiyyatda müşahidə olunan proseslərin səbəbləri və nəticələri” barədə araşdırmalarını qeyd edib.
Nobel Komitəsi Thomas Sargent və Christofer Sims tərəfindən iqtisadi siyasətlə ümumi daxili məhsul, inflyasiya, işsizlik, investisiyalar və başqa makro-iqtsadi göstəricilər arasında əlaqənin tədqiq etdiklərini bildirir.
Mükafat rəsmi olaraq “Alfred Nobelin xatirəsinə həsr olunmuş İqtisadi Elmlər üzrə Sveriges Riksbank mükafatı” adlanır.
Bu mükafat İsveç kimyaçısı Alfred Nobel tərəfindən 1895-ci ildə təsis etdiyi ilkin mükafatlar qrupuna aid deyil, və 1968-ci ildə İsveçin mərkəzi bankı – Riksbank tərəfindən təsis edilib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒