Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » İpoteka Fonduna ayrılacaq vəsaitin həcmi artırılacaq

İpoteka Fonduna ayrılacaq vəsaitin həcmi artırılacaq

Gələn ilin dövlət büdcəsində İpoteka Fonduna ayrılacaq vəsaitin həcmi 50 milyon manata çatdırılacaq. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, təxminən 25 faiz artım əlavə 200-ə yaxın ailənin bu imkanlardan yararlanması deməkdir.

Millət vəkili Vahid Əhmədov deyir:
“Qırx milyon manat təxminən 600 ailənin ipotek kreditləri vasitəsi ilə evlə təmin etmək nəzərdə tutulur. 2015-ci ilin dövlət büdcəsində hazırda 50 milyon manat nəzərdə tutulub. Bu da təxminən 800-ə yaxın ailənin evlə təmin olunmasını nəzərdə tutur. Amma belə baxanda ev növbəsində ipoteka krediti ilə ev almaq istəyən insanların sayı çoxdur. Bu, bir neçə minlərələ ölçülür. “

Millət vəkili hesab edir ki, ipoteka kreditləşməsi üçün 50 milyon manat da azdır. Bu məbləğ təxminən 80-100 milyon manata çatdırılmalıdır ki, orta hesabla 1200-1300 ailə də bu kredit növündən yararlana bilsin. Digər tərəfdən ipoteka şərtlərinə yenidən baxılmasına da ehtiyac var. Çünki, yüksək faiz dərəcəsi, ilkin ödənişin böyük, müştəriyə veriləcək maksimal məbləğin isə aşağı olması bazardakı mənzillərin qiyməti və insanların maddi vəziyyəti ilə üst-üstə düşmür. Millıt vəkilində olan məlumata görə Azərbaycan hökuməti sosial evlərin tikilməsi ilə bağlı məsələyə baxır. Türkiyədə olduğu kimi dövlət büdcəsi hesabına sosial evlər tikilir dövlət və yaxu özəl şirkətlər tərəfindən. Sonra bu, 25-30 ilə insanlara verilir.
Əgər belə sosial evlərin tikintisi reallaşarsa, insanlar ayda təxminən 100 manat ödəməklə həmin evlərdə yaşamaq imkanı qazanacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*