Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google şirkəti Android-in yeni sistemini təqdim edir

Google şirkəti Android-in yeni sistemini təqdim edir

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Ice Cream Sandwich adı ilə təqdim olunan Google şirkətinin növbəti məhsulu yeni funksiyalar və interfeysə malikdir. Samsung şirkəti ilə müştərək istehsal olunan sistem ilk dəfə Galaxy Nexus cihazlarında istifadə olunacaq.
Android-in əsas rəqibi Apple şirkəti öz əməliyyat sisteminin yeniləşdirilmiş variantını ötən həftə təqdim edib.
iOS-5-ə yüksək olan tələbat ucbatından əməliyyat sisteminin yüklənməsində çətinliklər yaşanıb.
Android 4 kimi də tanınan Ice Cream Sandwich ekspert icması tərəfindən yaxşı qəbul olunub.
Coolsmartphone.com saytından Leigh Geary yeni sistemin müxtəlif mobil cihazlarda işləyəcəyini deyib.
“Maraqlıdır ki, Google əməliyyat sisteminin unifikasiyasına çalışaraq onun eyni zamanda smartfon və tabletlərdə işləyəcəyinə üstünlük verib”, – deyib Leigh Geary.
Ekspertin sözlərinə görə bundan əvvəl Honeycomb proqramı yalnız planşet kompütərləri üçün nəzərdə tutulmuşdur və bu təmayülün davam edəcəyi gözlənilirdi.
Sistemlərin unifikasiyası eyni yolu seçmiş Apple əməliyyat sistemilə rəqabətdə faydalı olmalıdır.
Hazırda Android sistemi cihazların 48 faizində quraşdırılıb.
Apple əməliyyat sistemi qlobal smartfon bazarının 19 faizinə sahibdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*