Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook” “PayPal”a da rəqib olacaq

“Facebook” “PayPal”a da rəqib olacaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Facebook_resmi“Facebook” sosial şəbəkəsi istifadəçilərə şəbəkədəki hesabından yararlanmaqla kənar əlavələrdə alış-veriş etməyə imkan verən yeni ödəniş məhsulunun yaradılmasına başlayıb. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, “Facebook” nümayəndələri bildiriblər ki, yeni məhsulun sınaqlarına gələn ay başlanacaq. Məhsuldan “Facebook”da bank kartının rekvizitlərini qeyd edən istənilən istifadəçi yararlana bilər. Gələcəkdə sosial şəbəkə tərəfdaşlarının əlavələrində alış-veriş edərkən istifadəçi hər dəfə maliyyə məlumatlarını daxil etmir, sadəcə, “Facebook”dakı hesabına girir.
Lenta.ru yazır ki, yeni növ ödəniş məhsulu “PayPal” ödəniş sisteminə, eləcə də “Google”, “Amazon” və digər şirkətlərin analoji servislərinə rəqib ola bilər. Bundan başqa, sosial şəbəkə yeni məhsul sayəsində istifadəçilərinin nəyə üstünlük verməsini daha yaxşı öyrənə biləcək. Lakin “Facebook”da bank kartlarının məlumatlarını qeyd edən istifadəçilərin sayı hələ ki məlum deyil.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*