“Eurovision-2012” Milli seçim turunun ikinci yarımfinalçısı Məryəm Kərimova oldu
|
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, “Eurovision-2012” Milli seçim turunun ikinci həftəsinin 9 iştirakçısı İctimai Televiziyanın canlı efirində 5 gün müddətində canlı performans və ifalarını nümayiş etdirdilər. Münsifər heyəti və tamaşaçıların rəyi əsasında ikinci həftənin qalibi Məryəm Kərimova seçildi.
Səsvermənin nəticələrinə görə, Hüseyn Abdullayev 2-ci, Fərid Həsənov, 3-cü, İlham Həmidov 4-cü, Elvin Babazadə 5-ci, Sehri Rəhimova 6-cı, “Live or Leave” qrupu 7-ci, Rüfət Əliyev 8-ci və Mehriban Sadıqova 9-cu yerdə qərarlaşdı.Qeyd edək ki, Azərbaycanı Evrovision – 2012 Mahnı Müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 6 həftə ərzində də İctimai Televiziyanın canlı efirində hər birində 9 nəfər olan qruplarda yarışacaqlar. Qalibin seçimində Evrovision Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq, münsiflər heyətinin rəyi tamaşaçılarla bərabər nəzərə alınır. 3-cü həftəyə dekabrın 13-də start veriləcək.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒