Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012” Milli seçim turunun dördüncü yarımfinalçısı məlum oldu

“Eurovision-2012” Milli seçim turunun dördüncü yarımfinalçısı məlum oldu

“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçiliyinə namizədlər yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışır. Onlar 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirir. Bu həftənin birincisi isə tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində Fəqan Səfərov seçilib.
Səsvermənin nəticələrinə görə, Nadejda Mikayılova 2-ci, Nigar Babayeva 3-cü, “Empathy” qrupu 4-cü, Kamran Əzizov 5-ci, Emin Həsən 6-cı, Orxan Nəsibov 7-ci, Renat Aslanov 8-ci yerdə qərarlaşdı. Bu həftənin sonuncu günü xalq artisti Faiq Ağayev də iştirakçılara dəstək olub və onlarla eyni səhnəni paylaşıb.
Qeyd edək ki, Azərbaycanı «Eurovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 4 həftə ərzində də İctimai Televiziyanın canlı efirində yarışacaq. Qalibin seçimində müsabiqənin qaydalarına uyğun olaraq, münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır. Məlumat üçün bildirək ki, artıq dörd yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə və Fəqan Səfərovdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*