Emin Ağalarov “Eurovision” təmsilçilərimizlə eyni səhnəni paylaşacaq
|
Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarovun növbəti konserti iyulun 9-da Nardaranın “Sea Breeze Resort” istirahət və əyləncə mərkəzində baş tutacaq. AgahMedia.Com informasiya portalının məlumatına görə, konsert proqramında “Eurovision” təmsilçilərimiz Aysel Teymurzadə, Səfurə Əlizadə, Eldar Qasımov və Nigar Camal da Emin Ağalarovla eyni səhnəni paylaşacaqlar.
Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Yaşıl Teatrda da solo konsert verəcək və həmçinin yeni klipini təqdim edəcək.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒