Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın 42 ölkəsindən nümayəndə iştirak edəcək
|
AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, 5 iyul 2011-ci il tarixində Bakıda keçiriləcək Dünya azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilmişdir. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar.
AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, Qurultayda Azərbaycan Respublikasını ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edəcəkdir.
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mənəvi həyatının bütün sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və qüdrətinin artmasını arzulayan insanlardır. Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Qurultayda Qırğızıstan parlamentinin sədri cənab Axmatbek Keldıbekovun, Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitayanın, Türkiyə Respublikasının Nazirlət Kabineti yanında Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri cənab Kemal Yurtnacın, Moldova Respublikasının Qaqauz Yeri Başqanı cənab Mixail Formuzalın, Rusiya Fedrasiyası Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun, Türkiyə Respublikası Baş nazirinin müşaviri cənab Sadettin Kılıcın, Gürcüstanın Kvemo-KArtli bölgəsinin qubernatoru cənab David Kirkitadzenin, Türkiyə Respublikasının Kacaeli Böyük şəhər Bələdiyyəsinin başçısı cənab İbrahim Karaosmanoğlunun, Dağıstan Respublikasının Ədliyyə naziri cənab Azadi Rəhimovun və başqalarının iştirakı gözlənilir.
AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, Dünya azərbaycanlılarının III Qurultayının ertəsi günü, iyul ayının 6-da Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə gerçəkləşdirilən layihələr, gənclər siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində görülən işlər barədə ətraflı məlumat veriləcək, Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizin daha da effektiv şəkildə dəstəkləməsi yolları müzakirə olunacaqdır.
Dünya Azərbaycanlılarının III Qurultayına Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə kitab nəşr etdirmişdir. Bunlar “Azərbaycan diasporuna dövlət qayğısı (elektron kitab)”, “Qurultaya hesabat”, “Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş”, “Dünya azərbaycanlılarının Həmrəylik Xartiyası”, xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların həyat və yaradıcılığından bəhs edən “Biz azərbaycanlıyıq” kataloqudur.
Dünya Azərbaycanlılarının III Qurultayında ötən qurultaydan ötən müddət ərzində görülən işlərə dair hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yollar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Toplantıda “Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsi”, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət”, “Dünya azərbaycanlılarına Müraciət”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına Müraciət”in qəbul olunacağı gözlənilir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9 və 10-da Bakıda keçirilmişdir. Qurultayda 36 xarici ölkədən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş ümummilli lider Heydər Əliyev Şuranın sədri seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒