Home » Maraqlı, Ümumi » Danimarkada yağlı yeməklərə vergi tətbiq edilcək

Danimarkada yağlı yeməklərə vergi tətbiq edilcək

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Danimarkada yağlı, daha doğrusu həddən artıq yağlı yeməklərə vergi tətbiq ediləcək. Bu vergi tətbiqi ölkədə yaxın 10 ildə orta yaş səviyyəsinin 3 il artırılması üçün həyata keçirilən dövlət proqramının bir hissəsidir. Yəni, hökumət bu vasitə ilə əhali arasında sağlam qida qəbuluna çalışır. Danimarkada bundan öncə də Avropa ölkələrində olduğu kimi şəkər, şokolad və sodalı içkilərə vergi tətbiq edilib. Yağlı qidalara vergi isə ilk dəfə şamil olunur. Qeyd edək ki, Danimarka Avropada vegilərin yüksək olduğu ölkədir. Yeni vergi 1 kiloqram yağlı ərzaq, məsələn ət, yağ, süd, eləcə də pitsada orta hesabla 3 dollar təşkil edəcək. Hesablamalara görə, çizburqer 0,15, bir büküm ət isə 0,4 dollar bahalaşacaq. Amma mütəxəssislər yeni verginin istər iqtisadi, istərsə də tibbi səmərəsinə şübhə ilə yanaşırlar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*