Sənaye məhsullarının qiymətləri bahalaşıb

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə,iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,9 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1,0 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iyul ayında …

Fond birjalarında qiymətlər düşür

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avropa fond birjalarında qiymətlər bazar ertəsi səhər bir qədər qalxıb. Təhlilçilər bunu Avropa Mərkəzi Bankının hökumət borclarını almaq niyyətinə dair bəyanatı ilə əlaqələndirir.Bazarlarda ötən həftə yaranmış böhrandan sonra AMB borc böhranının yayılması narahatlıqlarına görə, vəziyyətə müdaxilə edib. İspaniya və İtaliya bazarlarında isə səhm qiymətləri qalxsa da, sonradan enib. Əsas …

AgahMedia.Com portalının 2 yaşı tamam oldu

AgahMedia.Com Müstəqil İnformasiya Portalı fəaliyyətinin 3-cü ilinə qədəm qoydu. Nə etdik? Nə etmədik? Nəyi necə etdik? Detaylı rapor verməyə gərək yox. Hər şey göz qabağında,zaten. Amma, fəaliyyətimizlə ilgilənən hər kəsin bilməsi gərəkən bəzi gerçəkliklər vardır. Bu müddət ərzində əsla siyasiləşmədik, yalandan şou falan yapmadıq,daş atıb başımızı tutmadıq. Min bir hiylə ilə qrant falan da almadıq. …

Antiinhisar Siyasəti Dövlət Xidmətinin 2011-ci ilin I yarısında tətbiq etdiyi sanksiyaların məbləği yarım milyon manatdan artıq olub

AgahMedia.Com portalının “İnterfax Azərbaycan” agentliyinə istinadən məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2011-ci ilin I yarısında sahibkarlara 575,1 min manat məbləğində inzibati cərimə sanksiyaları tətbiq edib. Bu barədə nazirliyin məlumatında deyilir. “Hesabat dövründə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan, istifadə müddəti bitmiş, həmçinin mənşəyi məlum olmayan 78,1 ton …

Mərkəzi Bank 2011-2014-cü illər üçün Strateji Planın təqdimatını keçirdi

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bankın sədri Elman Rüstəmovun iştirakı ilə Strateji Planın Mərkəzi Bankın əməkdaşlarına geniş təqdimatı keçiriib. Təqdimat mərasimində qeyd edilib ki, Mərkəzi Bankın indiyə qədər əldə etdiyi uğurlarda Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynamışdır. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşmış, bütün funksional fəaliyyət …

Google korporasiyasının serverləri Azərbaycanda yerləşdiriləcək

Avqust ayında dünyanın aparıcı axtarış sisteminə malik Google internet-korporasiyasının serverləri Azərbaycanın ilkin provayderi olan Delta Telecom şirkəti tərəfindən yaradılmış Data-mərkəzdə yerləşdiriləcək. AgahMedia.Com informasiya portalının Delta Telecom-a istinadən məlumatına görə, serverlərin quraşdırılması Azərbaycan istifadəçiləri üçün axtarış sürətinin və keyfiyyətinin artırılmasına imkan yaradacaq. “Bundan əlavə Google-un regional resurslarının milli Data-mərkəzdə yerləşdirilməsi Delta Telecom-un xərclərinin azalmasına imkan verəcək, …

“Euronews”un müxbirləri İctimai TV-yə işləyəcək

İyulun 11-də Parisdə Avropanın 1-ci kanalı “Euronews” la Azərbaycanın 1-ci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında tarixi müqavilə imzalanıb. Müqaviləni “Euronews”un Baş direktoru Maykl Piters və İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş direktoru İsmayıl Ömərov imzalayıb. İmzalanma mərasimində “Euronews”un və Ictimai televiziyanın nümayəndə heyəti iştirak edib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına …

Asiyanın ən qabaqcıl elektronika brendləri reytinqində Sony lider oldu

Sony korporasiyasının eyniadlı brendi Asiya regionunun ən dəyərli ticarət nişanı hesab olunub. Yaponiya şirkəti bu yaxınlarda 100 milyon PlayStation istifadəçisinin şəxsi məlumatlarının itirilməsinə dair qalmaqala baxmayaraq Campaign marketinq jurnalının nüfuzlu reytinqində birinci yeri tuta bilib. Reytinqin ilk beşliyində Sony-dən əlavə digər elektronika istehsalçılarının da brendləri təmsil olunub, o cümlədən Yaponiyanın Panasonic və Canon, eləcə də …

“Facebook” “Skype”-la birgə videoçat funksiyasını istifadəyə verəcək

“TechCrunch” resursunun verdiyi məlumata görə, “Facebook” yaxın günlərdə “Skype” xidməti ilə birgə videoçat funksiyasını təqdim edəcək. Yeni xidmət brauzerdə işləsə də, stolüstü komponent şəkildə də istifadəyə veriləcək. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Facebook” un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin yeniliyi haqda rəsmi açıqlamanı iyulun 6-da Sietlda (ABŞ) keçirilən konfransda elan edəcək. Lakin bu xidmətdən …

Azərmarka “Eurovision 2011” qələbəsinə həsr olunan markaları təqdim etdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib. AgahMedia.Com portalının adıçəkilən nazirliyə istinadən məlumatına görə, müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb. Markanın nominal dəyəri isə 1 manat təşkil edir.

Üç turizm təşkilatımız Dünya Turizm Təşkilatına üzv qəbul olundu

Azərbaycanın üç təşkilatı ilk dəfə olaraq Dünya Turizm Təşkilatına (DTT) üzv qəbul edilib. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, beynəlxalq qurumun keçirilən iclasında Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzi DTT-nin sırasına daxil edilib. Bu təşkilatların adıçəkilən beynəlxalq quruma üzv olması onlara DTT tərəfindən təşkil olunan …

«Bank of Baku» 600 000-ci istehlak kreditini rəsmiləşdirdi

AgahMedia.Com informasiya portalının məlumatına görə, Bank of Baku 600 000-ci istehlak kreditini rəsmiləşdirib. 600 000-ci kredit Bank of Baku-nun “28 May” filialına müraciət edən Asif Ağamalıyevə verilib. Müştəri A.Ağamalıyevə 2500 AZN məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq – illik 1% dərəcəsi ilə kredit ayrılıb. Bundan əlavə, faydalı kreditlə bərabər Bank of Baku–nun qalib …

İlkin qiyməti 200 min dollar olan pencək 1.8 milyon dollara satıldı

Maykl Ceksonun 1983-cü ildə “Thriller” klipinin çəkilişi zamanı geyindiyi qırmızı-qara pencəyi Kaliforniya hərracında başlanğıc qiymətindən 9 dəfə baha-1.8 milyon dollara satılıb. AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, pencəyin yeni sahibi birja işçisi Milton Verretadır. O, pencəyi xeyriyyə sərgilərinə çıxaracağını, toplanan vəsaiti isə xəstə uşaqlara xərcləyəcəyini bildirib. “Thriller”-Maykl Ceksonun 6-cı studiya albomudur. Albom 1982-ci …

Asiya İnkişaf Bankı bu il Azərbaycana 340 milyon dollar kredit ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı “Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün biznes planı”nı təsdiqləyib. 2012-ci ildə isə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır. AgahMedia.Com portalının “Media forum”-a istinadən məlumatına görə, Asiya İnkişaf Bankının Azərbaycanda daimi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tariyel Calallı bildirib ki, yeni biznes planına uyğun olaraq 2011-ci il ərzində bank …

“Facebook” dan yeni reklam strategiyası

Facebook sosial şəbəkəsi öz müştərilərini yeni marketinq və reklam kampaniyalarının işlənib hazırlanmasına cəlb etmək qərarına gəlib. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə,bunun üçün xüsusi olaraq yaradılacaq “müştəri şurası” Facebook-da mal və xidmətlərin təqdim olunması üçün yeni ideyalar təklif edəcək. 12 nəfərdən ibarət olacaq “müştəri şurası”nın üzvləri arasında Coca-Cola şirkətinin …

Onlayn reklam bazarının həcmində ciddi artım gözlənilir

2011-ci iliyin yekunlarına görə Amerikada onlayn reklam bazarının həcmi ötən ilin göstəricilərinə nisbətən 20 faiz artaraq 31,3 milyard dollar təşkil edəcək. Bu proqnozları eMarketer analitik agentliyi təqdim edib. Agentliyin mütəxəssislərinin fikrincə 2015-ci ilə kimi Şəbəkə reklam xərcləri 50 milyard dollar civarında olacaq. AgahMedia.Com portalının Rabitə Və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, mayın …

Mərkəzi Bank jurnalistlər üçün treninqlərə start verdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı qəbul etdiyi Kommunikasiya strategiyası çərçivəsində jurnalistlər üçün “Mərkəzi Bankçılıq” mövzusunda treninqlərə başlayır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, iki ay davam edəcək treninqlərin keçirilməsinin əsas məqsədi jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdir. On sessiyadan ibarət treninqlərdə media nümayəndələrinə pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid …