Kreditlərin 28,4 faizi ev təsərrüfatlarına verilib

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il may ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8605,5 mln. manat təşkil etmişdir. Kreditlərin 28,4%-i və ya 2439,9 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1874,4 mln. manat (21,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 443,4 mln. manatı (5,2%), …

Əhalinin əmanətlərinin həcmi 33% artıb

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il may ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4612,8 mln. manat təşkil etmişdir. Bunun 2474,7 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% çoxdur. Depozitlərin 2138,0 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il mayın …

Mərkəzi Bankda Azərbaycan bankları üçün Korporativ Sosial Məsuliyyətə dair treninq keçirilib

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bank Avrasiya Əməkdaşlıq Fondu (AƏF) ilə birgə Azərbaycanda fəaliyyət göstərən bankların biznesin inkişafı, marketinq, ictimaiyyətlə əlaqələr üzrə məsələlərə məsul və Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində qərar verən rəhbər şəxslər üçün KSM barədə treninq təşkil edib. Mərkəzi Bankın sədr müavini Aftandil Babayev tədbiri açaraq treninqin həsr olunduğu mövzunun …

BP-nin səhmlərinin dəyəri kəskin şəkildə aşağı düşdü

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyanın neft nəhəngi BP-nin səhmlərinin dəyəri kəskin şəkildə aşağı düşüb.Bu, Meksika Körfəzində geniş neft axınının qarşısını almaq səylərinin hələ də baş tutmamasından sonra baş verir. Bu arada təmizləmə əməliyyatının dəyəri ilə bağlı da narahatlıq mövcuddur. Şirkət artıq bir milyard dollar xərcləndiyini deyib. Bir mərhələdə səhmlərin qiyməti 15% aşağı düşmüşdü. …

Bakıda 17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi işə başladı

Bakıda – “Bakı Ekspo” mərkəzində Böyük Britaniyanın “ITE Group Plc.” şirkəti tərəfindən, Azərbaycanın Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə 17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi öz işinə başlayıb. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Bu …

Əmanətlər bundan sonra 12%-ə qədər dərəcə ilə sığortalanacaq

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvü olan bankların əhalidən cəlb etdiyi əmanətlər illik 12%-ə qədər dərəcə ilə sığortalanacaq.AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, Fondun Himayəçilik Şurasının qərarına müvafiq olaraq iyunun 1-dən etibarən əhalidən illik 12%-dən çox olmayan dərəcə ilə cəlb olunan əmanətlər icbari sığortalanmalıdır. Bundan başqa, 2010-cu il iyunun 1-nə qədər əhalidən daha yüksək …

Bahalaşma gözlənilir

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Aran bölgəsində baş verən daşqınlar kənd təsərrüfatına ciddi ziyan vurub.Hazırda zərərin miqdarı açıqlanmasa da dövlət qurumları araşdırmaların aparıldığını deyirlər. İlkin məlumata görə, fəlakət təxminən 51 min hektar əkin sahəsini əhatə edib. 21 min 500 hektar taxıl zəmisi, 22 min 200 hektar yonca, 2650 hektar kartof, 2400 hektar tərəvəz, …

Samuxda sahibkarlara güzəştli kreditlər verildi

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir.Mayın 27-də Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Samux rayonunda keçirmişdir. AgahMedia.Com portalının …

İstanbul-Naxçıvan-İstanbul aviareysi açılır

AgahMedia.Com portalının “AzərTac”-a istinadən məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanı ilə “Türk Hava Yolları”nın “Anadolu JET” şirkəti arasında İstanbul-Naxçıvan-İstanbul reysinin açılmasına dair müqavilə imzalanıb.Müqaviləyə əsasən, iyunun 17-dən başlayaraq həftənin çərşənbə, cümə və bazar günlərində sərnişinlər “Türk Hava Yolları”na məxsus təyyarə ilə Naxçıvandan İstanbula və əksinə uça biləcək.Müqaviləni Naxçıvan Beynəlxalq Hava Limanının direktoru İlqar Vəliyev və …

Dünya Bankı Azərbaycana yeni kredit ayırdı

Dünya Bankının (DB) Direktorlar Şurası «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması – III» layihəsini təsdiq edib.«Dünya Bankı bu layihə üçün Azərbaycana 241,6 mln. ABŞ dolları həcmində kredit ayıracaq ki, vəsaitin 70 mln. dolları DB üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 mln. dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vəsaitləri …

Dünya Bankı ilə tərəfdaşlıq strategiyası müzakirə edildi

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.Görüşdə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması yolları müzakirə edilmiş, Dünya Bankının mövcud portfelinin icrasının gedişi ilə bağlı məsələlər öz əksini tapmışdır. Görüş zamanı Dünya Bankının Azərbaycan üzrə …

500-lük avrolar yığışdırılır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyada valyutadəyişmə məntəqələrindən 500-lük avro əskinasları yığışdırılıb. Buna səbəb polis təhqiqatının nəticələridir. Təhqiqat göstərib ki, 500-lük avrolardan yalnız bir qayda olaraq cinayətkar məqsədlər üçün istifadə edilir.Britaniyanın Ciddi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyi (SOCA) bildirir ki, 500-lük avroların 90 faizindən cinayətkar dəstələr, çirkli pul yuyanlar və narkotik alverçilər istifadə edirlər. Agentlik …

Bankların yerli filiallarının sayı artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 145 kredit təşkilatının lisenziyası olmuşdur.Bunlardan 98-i bank olmayan kredit təşkilatlarıdır. 1 aprel 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın …

Avropa Yenidənqurma və İnkişaf Bankı: Mərkəzi Asiya və Qafqazda köhnəlmiş infrastruktur təzələnməlidir

Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyə böhranından region iqtisadiyyatlarındakı problemlər üzərində işləyəcəyini bildirib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Londonda mətbuat və tələbələr qarşısında çıxış edən Bankın prezidenti Thomas Mirow bildirib ki, region dövlətlərinin əksəriyyəti böhrandan çıxsalar da, iqtisadi artım sürəti həmin ölkələrdə aşağıdır. 61 ölkə və iki hökumətlərarası təsisatın sahib olduğu Avropanın Yenidənqurma və İnkişaf …

Kredit qoyuluşları artıb

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il aprel ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8485,2 mln. manat təşkil etmişdir.Kreditlərin 28,3%-i və ya 2401,9 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1843,2 mln. manat (21,7%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 438,8 mln. manatı (5,2%), …

Avropa Yenidənqurma və İnkişaf Bankı: Mərkəzi Asiya və Qafqazda köhnəlmiş infrastruktur təzələnməlidir

Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyə böhranından region iqtisadiyyatlarındakı problemlər üzərində işləyəcəyini bildirib.AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Londonda mətbuat və tələbələr qarşısında çıxış edən Bankın prezidenti Thomas Mirow bildirib ki, region dövlətlərinin əksəriyyəti böhrandan çıxsalar da, iqtisadi artım sürəti həmin ölkələrdə aşağıdır. 61 ölkə və iki hökumətlərarası təsisatın sahib olduğu Avropanın Yenidənqurma və İnkişaf …

Azərbaycan “COTTEM” turizm sərgisində təmsil olunacaq

Aprelin 28-dən 30-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “COTTEM” turizm sərgisi keçiriləcək. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, Azərbaycanı bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıcov, Azərbaycan Turizm Assosiasiyasının, eyni zamanda “GEO Travel” və “N Travel” turizm şirkətlərinin …