Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “Euronews”un müxbirləri İctimai TV-yə işləyəcək

“Euronews”un müxbirləri İctimai TV-yə işləyəcək

İyulun 11-də Parisdə Avropanın 1-ci kanalı “Euronews” la Azərbaycanın 1-ci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında tarixi müqavilə imzalanıb. Müqaviləni “Euronews”un Baş direktoru Maykl Piters və İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş direktoru İsmayıl Ömərov imzalayıb. İmzalanma mərasimində “Euronews”un və Ictimai televiziyanın nümayəndə heyəti iştirak edib.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bu müqavilə İctimai televiziyaya “Euronews” şəbəkəsinə daxil olmağa imkan verir. Bununla da dünyanın tanınmış ən böyük xəbər yayımçısı olan “Euronews”un bütün imkanlarından İctimai televiziya da istifadə edəcək. Onu da qeyd edək ki, “Euronews”un tarixində sözügedən formatda ilk müqavilə məhz Azərbaycanın ictimai yayımçısı ilə imzalanıb. Ona görə də müqavilədə İctimai televiziya “Euronews” şəbəkəsinin “Qızıl üzvü” olaraq qeyd edilir. Müqaviləyə əsasən Ictimai televiziya “Euronews”un bütün dünyanı əhatə edən müxbirlərindən öz əməkdaşı kimi istifadə etməyə imkan verir. Bu müqavilə İctimai televiziyanın həm peşəkarlığının artmasına, həm də Avropada daha da populyarlaşmasına şərait yaradacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to “Euronews”un müxbirləri İctimai TV-yə işləyəcək

  1. Globallaşan dünyada xüsusilə media sektorunda belə anlaşmalar çox əhəmiyyətlidir…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*