Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook” dan yeni reklam strategiyası

“Facebook” dan yeni reklam strategiyası

Facebook sosial şəbəkəsi öz müştərilərini yeni marketinq və reklam kampaniyalarının işlənib hazırlanmasına cəlb etmək qərarına gəlib. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə,bunun üçün xüsusi olaraq yaradılacaq “müştəri şurası” Facebook-da mal və xidmətlərin təqdim olunması üçün yeni ideyalar təklif edəcək. 12 nəfərdən ibarət olacaq “müştəri şurası”nın üzvləri arasında Coca-Cola şirkətinin inteqrasiya edilmiş marketinq kommunikasiyalar üzrə rəhbəri Uendi Klarl və McCann Worldgroup reklam agentliyinin icraçı direktoru Nik Brini qeyd etmək olar.
Şura üzvlərinin ildə bir neçə dəfə görüşəcəyi nəzərdə tutulur. Bu görüşlərin müzakirə mövzuları isə məxfi saxlanılacaq.
“Müştəri şurası”nın yaradılması haqqında xəbər Facebook-da “Comment” adlı yeni servisin istifadəyə verilməsinə təsadüf edib. Servisin məqsədi istifadəçi nəzərinin reklam olunan brendlərə yönəldilməsi üçün sosial şəbəkədəki “dostlar” arasında yeni kommunikasiyanın yaradılmasıdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*