Home » Beynəlxalq, Siyasət, Texno, Ümumi » Britaniya höküməti sosial şəbəkələrə senzura tətbiq edə bilər

Britaniya höküməti sosial şəbəkələrə senzura tətbiq edə bilər

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Britaniya höküməti sosial üsyanlar və iğtişaşlar zamanı sosial şəbəkələrin qapadılması yaxud SMS xidmətinin kəsilməsi barədə düşünür.
Britaniyanın Baş naziri Devid Kameronun sozlərinə görə polis və xüsusi xidmətlər zorakılıq törədənlərin əlaqə imkanlarının kəsilməsinin nə dərəcədə “mümkün və düzgün” olduğunu araşdırır.
Deyildiyinə görə son həftə ərzində baş vermiş iğtişalar zamanı SMS və Blackberry Messenger xidmətlərindən geniş istifadə edilmişdi.
Hüquq müdafiəçiləri sosial şəbəkə və mobil rabitə xətti ilə mesajların göndərilməsini əngəlləmək planlarının vətəndaş azadlıqlarına basqı kimi qiymətləndiriblər.
Baş nazir Kameron parlamentdə çıxışı zamanı deyib ki, hökümət bu məsələ üzərində düşünür.
Devid Kameronun təbirincə iğtişaşları izləyən hər kəs “onların sosial media vasitəsilə necə təşkil olunduğuna” mat qalıb.
Onun təbirincə, hazırda hökümət iğtişaşlar dövründə sosial media şəbəkələrinin məhdudlaşdırılmasının mümkünlüyü və nə dərəcədə düzgün addım olması üzərində düşünür.
Sosial media dedikdə, Baş nazir Kameron Facebook, Twitter və mesaj göndərilməsini mümükün edən xüsusi texnologiyaların nəzərdə tutulduğunu qeyd etdi.Söhbət o cümlədən, həm də Blackberry Messenger xidmətindən gedir.
Qismən məxviliyi təmin edən BlackBerry Messenger xidmətindən, deyildiyinə görə, iğtişaşlar zamanı geniş şəkildə istifadə edilmişdi.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*