Home » Maraqlı, Ümumi » Beş yaşlı rəssam öz əsərləri ilə varlandı

Beş yaşlı rəssam öz əsərləri ilə varlandı

Dünyanın ən gənc rəssamı olan Aelita Andrenin cəmi beş yaşı var və indidən çəkdiyi rəsmlərdən 100 min sterlinq pul qazanıb. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Avstraliyanın Melburn şəhərində yaşayan Aelita Andre beş yaşında olmasına baxmayaraq, bacarığı ilə hamını heyran edir. İki yaşından rəsm çəkən “dünyanın ən kiçik peşəkar rəsssamı”nın ən ucuz əsəri üç min sterlinqədir.
Aelita bu günə qədər şəkilləri ilə 100 min sterlinqdən çox pul qazanıb. Aelitanın bundan daha öncə iki dəfə sərgilənən rəsmləri gələn ay da ABŞ-ın Nyu-York şəhərində sənətsevərlərə təqdim olunacaq.
Balaca rəssamın əslən rus olan anası Nika Kalaşnikova bildirib ki, əslində uşaqlar iki ya da üç dəqiqə şəkil çəkər, daha sonra qaçıb oynamağa gedərlər. Amma Aelitada belə deyil. Kiçik uşaq olmasına baxmayaraq o bir saat, bəzən isə bir neçə saat şəkil çəkir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*