Home » Beynəlxalq, Siyasət, Ümumi » Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etdi

Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Amerika Senatının səsverməsindən yan keçərək ABŞ prezidenti Barak Obama Mətyu Brayzanı ölkəsinin Azərbaycandakı səfiri təyin edib.
Ağ Evdən alınan məlumata əsasən, Brayza ilə yanaşı Obama Türkiyə, Suriya və Çex Respublikasına Senatın təsdiqini gözləmədən səfir təyin edib. Senat istirahətdə olarkən onun qarşısını aldığı təyinatları həyata keçirmək ABŞ prezidentlik praktikasında nadir hallarda işlədilən fənddir. Uzun aylar ərzində Senatın ermənipərəst üzvləri Brayzanın Azərbaycan rəhbərliyi ilə mehriban münasibətlərini səbəb gətirərək onun təyinatına qarşı çıxırdılar.
Suriyaya səfir təyin olunmasına zidd gedən senatorlar isə bununla Suriyadakı hakim zümrəyə dəstək verilməsindən ehtiyat edirdirlər. Konstitusiya ilə ona verilən səlahiyyətlərdən istifadə edən Obama eləcə də baş prokurorun müavini vəzifəsinə təyinatını açıqlayıb.
Qeyd edək ki, 2009-cu ilin ortalarından Azərbaycanda Amerikanın səfiri vəzifəsi boş qalmışdı.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etdi

  1. Nəhayət ki, Obama Metyu müəllimi təsdiqlədi. Brayzanın da arzusu ürəyində qalmadı… Azərbaycanımız üçün uğurlu olsun!

Nicat için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*