Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycanın maliyyə sektorunda İBAN sisteminin tətbiqinə başlanılıb

Azərbaycanın maliyyə sektorunda İBAN sisteminin tətbiqinə başlanılıb

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən məlumatına görə, elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq 07 yanvar 2013 – cü il tarixindən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilmiş və real rejimdə istifadəyə başlanılmışdır.
Qeyd edək ki, İBAN – Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir.
Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına IBAN-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilmişdir. İBAN-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar 2012-ci ilin mart ayından etibarən İBAN strukturuna keçirilərək real rejimdə istifadəsinə başlanılmışdır.

Ölkədə tətbiq olunan İBAN 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir.

AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH

Burada,
AZ – Azərbaycan Respublikasının ölkə kodudur (“AZ”).
NR – hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir.
BANK – maliyyə institutunun SWIFT BIC -inin ilk 4 simvoludur.
HHHHHHHHHHHHHHHHHHHHH – müştəri hesab nömrəsidir.

Məlumat üçün bildirək ki, İBAN hal-hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*