Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanın klip bazarındakı qiymətlər açıqlandı

Azərbaycanın klip bazarındakı qiymətlər açıqlandı

Bahalı kliplər çəkdirməyə başlamış müğənnilərimiz açıqladığı qiymətlər realdırmı? Aygün Kazımovanın 70.000 avroluq “Düşün məni”, Röyanın isə son çəkdirdiyi 50.000 avroluq “Bir az da sən ağla mənim yerimə” klipi hələlik yerli şou-biznesin ən bahalı klipləri hesab olunur. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, klipmeyker Zöhrab Ağayev açıqlanan qiymətlərin real olmadığını söyləib: “Bu gülməli qiymətlərdir”
Klipmeyker Röyanın son klipinin çəkilişlərində 30.000 manatlıq işığın sərf edilməsinə də özünəməxsus münasibət bildirib: “Heç Xulio İqlesiasın konsertinin işıqları o qədər pul tutmur”.
Rejissor Azərbaycanda çəkilən kliplərin maya dəyərini açıqlayıb: “Aqil M.Quliyev, Fuad Əlişov, Ülviyyə Könül qarışıq biz hamımız bir operatorla işləyirik. Kliplərin çoxuna bir jurnalist nəzəri yetirsəniz, görərsiz ki, 99%-nin operatoru Elmir Süleymanovdur. Elmirin işinin qiyməti 200 manatdır, ən bahalı kameranın sutkalıq icarəsi 150 manatdır.Montaj da 300 manatdır. Yəni, klipin çəkilişinə bu məbləğ xərclənir. 200+150+300=650 AZN
Başqa xərcləri desək, müğənni klipindəki imici üzərində işləmək üçün stilist Anarı və yaxud da Ruxanı gətirə bilər ki, bu da xərcdir. Və yaxud da klip üçün “Dior”dan, “Gucci”dən və yaxud da başqa brendlərdən paltar ala bilər. Belə olan halda deyə bilər ki, klip mənə 10 minə – 20 minə başa gəlib. Amma bu o demək deyil ki, o pulu rejissora verib”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*