Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanın “Eurovision 2013” Milli seçimlərinə start verildi

Azərbaycanın “Eurovision 2013” Milli seçimlərinə start verildi

Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio 2013-ci ildə bu müsabiqə ölkə təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verib. Müsabiqə tam olaraq Eurovision Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edilir. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.
İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər.
Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir. Anket formasını aşağıdakı linkdən əldə etmək mümkündür.
Əlavə məlumat üçün telefon: ( (+994 12) 404 11 62

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*