Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda nələr bahalaşıb, nələr isə ucuzlaşıb?

Azərbaycanda nələr bahalaşıb, nələr isə ucuzlaşıb?

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda sentyabr ayı ərzində apardığı statistik müşahidənin nəticələrini təqdim edib. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,65 faiz artıb. Ərzaq məhsullarının qiyməti 0,68 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,59 faiz, xidmətlərin qiyməti 0,74 faiz yüksəlib.
Sentyabr ayı ərzində ən çox xarici dil kursları (8,34 faiz), toyuq yumurtası (7,95 faiz), sümüklü qoyun əti (4,94 faiz) bahalaşıb, nar 28,45 faiz, balqabaq 13,64 faiz, təzə kartof 13,46 faiz ucuzlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,24 faiz bahalaşma qeydə alınıb.2011-ci ilin 9 ayında ölkədə istehlak qiymətləri 8,52 faiz yüksəlib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*