Azərbaycanda icbari sığorta haqlarının tarifləri məlum oldu
|
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Azərbaycanda icbari sığorta haqlarının tarifləri açıqlanıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, “İcbari sığortalılar haqqında” yeni qanunda avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası sahəsində bir sıra mühüm dəyişikliklər var. Yeni qanuna görə, sığorta məbləğləri həyat və sağlamlığa dəyən zərərə görə 50 min manat, əmlaka dəyən zərərə görə isə 5 min manatdır. Beləliklə, bir sığorta şahadətnaməsi üzrə maksimal sığorta məbləği 55 min manata başa gəlir. Qanun sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yönəlib. Qanuna görə sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər halda zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda-təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, qəsdən hadisəni törətdikdə, onun avtomobili idarə etmək hüququ olmadıqda sığortaçı zərərçəkənlərə sığorta ödənişi verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒