Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycanda dolların məzənnəsi növbəti ucuzlaşma rekordunu vurdu

Azərbaycanda dolların məzənnəsi növbəti ucuzlaşma rekordunu vurdu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

ABŞ valyutası Azərbaycanda son 172 ayda ən aşağı həddə düşüb. AgahMedia.Com informasiya portalının “İqtisadi forum” jurnalına istinadən məlumatına görə, dolların manata olan rəsmi məzənnəsi iyulun 24-də aşağı düşərək 1 dollar üçün 78,43 qəpik təşkil edib və bu son 14 il 4 ayda ən aşağı səviyyədir.
Mərkəzi Bank 22 mart 1999-cu ildə ABŞ valyitasının manata olan məzənnəsini 78,40 qəpik (3920 AZM) müəyyənləşdirmişdi. Sonralar dövrlərdə dolların bahalaşması müşahidə edildi. Bu bahalaşma 2003-2004-cü illərdə 98 qəpik həddini də ötməyə müvəffəq olmuşdu. Ancaq sonrakı dövrlərdə dünya bazarlarında neftin bahalaşması və Azərbaycanda neft hasilatının artması fonunda ölkəyə neft dollarlarının axını manatı möhkəmləndirməyə başladı.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dolların Azərbaycanda ucuzlaşmasını dünyada gedən proseslərlə izah etmək olmaz. Çünki son günlər xüsusilə dollar əsas aparıcı valyutalar olan avro, funta münasibətdə ucuzlaşır. Amerika Federal Ehtiyat Sisteminin Q3 proqramını dayandırmaq niyyətində olmaması xəbəri dolları yenidən zərbə altın qoyub. Düzdür iyulun ortasında dolların bütün valyitalara nisbətən bahalaşması baş verdi. Məsələn, iyul ayında dolların avroya olan məzənnəsi əvvəlcə bahalaşaraq $1,31-dən $1,28-ə qədər yüksəldi, sonra isə yenidən $1,32-yə düşdü. Digər valyutalarda da oxşar situasiya təkrar olundu. Ancaq bunlara rəğmən Azərbaycanda Mərkəzi Bank manatın timslında hələki dolları çox rəqs etməyə imkan vermir. Buna baxmayaraq digər valyutalarda qalxıb-enmə müşahidə edilib. Avro 1,3%, Britaniya funtu 4,5% bahalaşsa da, rus rublu 7%, yapon yeni 12,3% ucuzlaşıb
Ekspert hesab edir ki, manatın hazırki məzənnəsi inflyasiyanı cilovlamağa imkan versə də, sahibkarlığın inkişafına mane olur, ixrac imkanlarını məhdudlaşdırır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*