Home » İdman, Sosial, Ümumi » Azərbaycan idmançılarına böyük pul mükafatı təsis edildi

Azərbaycan idmançılarına böyük pul mükafatı təsis edildi

AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, iyulun 3-də prezident İlham Əliyev Azərbaycan idmançılarını və onların məşqçilərini London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, XXX Yay Olimpiya Oyunlarında Azərbaycandan birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat; ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.
Digər bir sərəncamla dövlət başçısı Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarında Azərbaycanın əlil idmançıları və onların məşqçiləri üçün də mükafatlar müəyyən edib. Bu sərəncama əsasən, XIV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat; üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat veriləcək.
Qeyd edək ki, XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələri göstərənlər Milli Olimpiya Komitəsindən də mükafatlar alacaqlar: birinci yeri tutan idmançı 200 min manat, onun məşqçisi 100 min manat; ikinci yeri tutan idmançı 100 min manat, onun məşqçisi 50 min manat; üçüncü yeri tutan idmançı 50 min manat, onun məşqçisi 25 min manat.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*