Home » Sosial, Şou biznes və Mədəniyyət, Təhsil sektoru, Ümumi » Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qazaxıstandan Qran-Pri ilə qayıdıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qazaxıstandan Qran-Pri ilə qayıdıblar

AgahMedia.Com informasiya portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissorluğu ixtisası üzrə 3-cü kurs tələbələri Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş beynəlxalq Tələbə Tamaşaları Festivalının baş mükafatı olan Qran-Prini qazanıblar.Qazaxıstan İncəsənət Akademiyasının təşkil etdiyi Festivalda müxtəlif ölkələri təmsil edən 9 kollektiv iştirak edib. Azərbaycanlı tələbələr Festivalda “Adi əhvalatlar” adlı tamaşa ilə çıxış ediblər. Kurs rəhbəri, dosent Vidadi Həsənov bildirib ki, tamaşa kiçik həyat əhvalatlarından ibarət olub və bütün əhvalatlar etüd vasitəsilə nümayiş etdirilib.
Festival çərçivəsində həmçinin münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycanlı tələbələrdən 3-ü aktyorluq və rejissorluq işinə görə xüsusi sertifikatlarla mükafatlandırılıblar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*