Home » Beynəlxalq, Diaspora, Siyasət, Ümumi » Azərbaycan diaspor təşkilatları rəsmi Parisə qarşı…

Azərbaycan diaspor təşkilatları rəsmi Parisə qarşı…

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini kəskin surətdə pisləyir. AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, onlarla Azərbaycan diaspor təşkilatı parlamentin bu qərarına etiraz əlaməti olaraq Fransa Milli Assambleyasının, Fransa Senatının prezidentlərinə, həmçinin Fransa Prezidenti Nikola Sarkoziyə müraciət ünvanlayaraq bu addımın Fransanın imicinə mənfi təsir göstərdiyini bəyan etmişlər.
Müraciətlərdə 1915-ci ildə baş vermiş hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyi qeyd olunmuşdur.
Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının müraciətində qeyd olunmuşdur ki, qondarma “erməni soyqırımı” siyasi deyil, tarixi məsələdir. Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, həqiqətləri ortaya çıxarmağa hazır olduğu halda Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç bir məntiqə sığmır.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Fransa parlamentinin bu qərarının insanların söz və ifadə azadlığının kobud şəkildə pozduğunu sayırlar. Azərbaycan diaspor təşkilatlarının bəyanatlarında vurğulanmışdır ki, dünyanın heç bir ölkəsində, hətta insan hüquqları pozulan dövlətlərdə belə vətəndaşına başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunmur. Bu, Fransa dövləti və parlamenti üçün çox böyük rəzalət və biabırçılıqdır.
Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar tərəfindən Fransa Milli Assambleyası və Senatının prezidentlərinə ünvanlanmış müraciətlərdə qondarma “erməni soyqırımı” əvəzinə 20 il əvvəl ermənilərin törətdikləri Xocalı soyqırımını müzakirə etmək tövsiyə olunur. “ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa 1992-ci ildə ermənilər tərəfindən Xocalıda dinc sakinlərə, o cümlədən yaşlılara, qadın və uşaqlara qarşı törədilmiş soyqırımı müzakirə etmək əvəzinə erməni yalanlarına uyaraq özünü nüfuzdan salır”, – deyə müraciətlərdə qeyd edilmişdir.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin yaydığı bəyanatda isə əsl soyqırımına türklərin özlərinin məruz qaldığı vurğulanmışdır. “Anadoluda, Qafqazda, Azərbaycanda ermənilərin zülmünə məruz qalmayan ailə yoxdur. Əsl soyqırımı Ermənistan etmişdir”, – deyə bəyanatda vurğulanmışdır.
Azərbaycan diaspor təşkilatları Fransa parlamentinin qəbul etdiyi qərarın təkcə Türkiyə deyil, digər türkdilli xalqlara qarşı da həqarət olduğunu hesab edirlər.
Diaspor təşkilatları tərəfindən etiraz bəyanatlarının verilməsi davam edir. Müraciət və bəyanatların müəllifləri 2007-ci ilin martında Bakıda qəbul olunmuş “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət Strategiyası”na uyğun olaraq dünyadakı 100 milyonlarla azərbaycanlı, türk və digər türkdilli xalqların nümayəndələrinin Fransa parlamentinin qəbul etdiyi söz və ifadə azadlığını, sərbəst fikir bildirmək hüququnu kobud surətdə pozan ədalətsiz qanuna qarşı genişmiqyaslı kampaniya aparacaqlarını bəyan edirlər. Onlar bu biabırçı qərara qarşı etirazlarını bəyanatlarla məhdudlaşdırmayacaqlarını, kütləvi aksiyalar keçirəcəklərini bildirirlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*