Ermənilər də Sarkozini suçladı

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Erməni Milli Konqresinin lideri Fransa prezidentini siyasi alverdə ittiham edib. “Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətini nəzərdə tutan qanunun Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsi Ermənistanda narazılıq yaradıb.Ermənilər bu məsələni “Sarkozinin oyunu”olaraq dəyərləndirib. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Nikolya Sarkozi qanun layihəsini qəbul eməklə, …

Rəcəb Tayyib Ərdoğandan aravuranlara sərt sillə…

(Ədil Ədilzadə, “Olaylar” İA) Erməni lobbisi daha bir ağır zərbə aldı. Bu zərbənin müəllifi isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oldu. Belə ki, Fransa Senatında qəbul olunan qanun layihəsi məsələsində Azərbaycanı Türkiyəyə dəstək olmamaqda suçlayan bir qrup antitürk əsilli türk yazarlar qələmə aldıqları məqalələrdə Azərbaycanı hədəf seçərək bu istiqamətdə əməli addım atmamaqda suçlayırdı. İşıq …

Diasporamız növbəti etiraz aksiyasını Hyustondakı Fransa konsulluğunun qarşısında keçirdi

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, ABŞ-ın Hyuston şəhərindəki Fransa konsulluğu qarşısında Amerika Azərbaycanlıları Şəbəkəsi, Amerika Türkləri Şəbəkəsi, Hyuston Amerika Türk Dərnəyi və Hyuston Atatürkçü Düşüncə Qrupu üzvlərinin iştirakı ilə Fransa Senatının yanvarın 23-də qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz aksiyası keçirilib. Əllərində Azərbaycan və türk bayraqları, …

Azərbaycan diaspor təşkilatları rəsmi Parisə qarşı…

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini kəskin surətdə pisləyir. AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, onlarla Azərbaycan diaspor təşkilatı parlamentin bu qərarına etiraz əlaməti olaraq Fransa Milli Assambleyasının, Fransa Senatının prezidentlərinə, həmçinin Fransa Prezidenti Nikola Sarkoziyə …

Ərdoğandan rəsmi Parisə sərt ittiham…

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qanun layihəsinə kəskin tənqid edib. Layihənin insan haqqlarına zidd olduğunu deyən Türkiyə hökumətinin rəhbəri bunu Fransada fikir və ifadə azadlığına zərbə adlandırıb. O, parlamentdəki səsvermənin Türkiyədən çox Fransa və fransız …

Türkiyənin biznes liderləri Fransaya xəbərdarlıq etdilər

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Türkiyənin biznes liderləri bazar günü Fransaya xəbərdarlıq ediblər ki, “erməni soyqırımı”nı danmağı cinayət hesab edən qanun qəbul olunarsa, bu, iki ölkə arasında ticarət əlaqələrinə dağıdıcı zərbə olacaq. “Əgər bu qanun qəbul olunarsa, iqtisadi və ticarət əlaqələrinə ciddi zərbə vuracaq” – Türkiye Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rufat …