Avropanın ən yaxşı futbol klublarının adları açıqlandı
|
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, məşhur idman saytı “Bleacher Report” hazırda Avropanın ən yaxşı və uğurlu 20 klubunu müəyyənləşdirib. Sayt “Bavariya”nı qitənin ən yaxşısı elan edib.
Növbəti iki pilləni ispan klubları tututb. “Barselona”nın ikinci olduğu siyahıda Madrid “Real”ı “üçlüy”ü qapayıb.
Maraqlıdı ki, siyahıda bir Türkiyə təmsilçisi də var. Belə ki, Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan “Qalatasaray” ən yaxşılar arasında 15-ci olub.
Siyahıda İngiltərənin 5, İspaniya və İtaliyanın 4, Portuqaliya və Almaniyanın 2, Fransa, Ukrayna və Türkiyənin 1 klubu yer alıb.
1. Bavariya (Almaniya)
2. Barselona (İspaniya)
3. Real (İspaniya)
4. Mançester Yunayted (İngiltərə)
5. Yuventus (İtaliya)
6. Borussiya (Dortmund, Almaniya)
7. Atletiko (İspaniya)
8. Milan (İtaliya)
9. PSJ (Fransa)
10. Şaxtyor (Ukrayna)
11. Çelsi (İngiltərə)
12. Malaqa (İspaniya)
13. Mançester Siti (İngiltərə)
14. Arsenal (İngiltərə)
15. Qalatasaray (Türkiyə)
16. Napoli (İtaliya)
17. Portu (Portuqaliya)
18. Benfika (Portuqaliya)
19. Tottenhem (İngiltərə)
20. İnter (İtaliya)
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒